featured-image-74001

“Qarabağ”ın futbolçusu Emmanuel Addaiyə Türkiyə Superliqasından maraq var.

Msport.az xəbər verir ki, qanalı yarımmüdafiəçini “Konyaspor” heyətinə cəlb edə bilər.

Yeni baş məşqçi Çağdaş Atan sol cinah üçün iki oyunçunu nəzərdən keçirir. Konya təmsilçisi ilk növbədə “Eyüpspor”dan Prins Ampemi heyətə cəlb etmək istəyir. Qanalı yarımmüdafiəçi “Konyaspor”un ən çox maraqlandığı adlardan biridir. “Eyüpspor”da üçüncü mövsümünü keçirən oyunçu İstanbul klubunda 84 matça 17 qol vurub və 6 məhsuldar ötürmə edib. .

Ampemin transferi baş tutmasa, “Konyaspor” diqqətini Azərbaycana yönəldəcək. Avropadakı uğurlu çıxış ilə diqqətləri cəlb edən “Qarabağ”ın cinah oyunçusu “Konyaspor”un transfer siyahısındadır.

24 yaşlı Addai bu mövsüm “Qarabağ”da 28 oyuna çıxıb və 4 qolub. Onun Ağdam klubu ilə mövsümün sonuna qədər müqaviləsi var.

Bənzər xəbərlər