Emreli yeni hücumçu ilə müqayisə olundu
“Antist klubdan ayrılmaq ehtimalını insanlara unutdurdu”.
Msport.az xəbər verir ki, bu barədə Almaniya mətbuatında məlumat yayılıb.
Yerli KİV “Nürnberq”in yeni transferi olan fransalı Janis Antisti millimizin üzvü Mahir Emreli ilə müqayisə edib. Həmkarlarımızın fikrincə, Antist II Bundesliqa klubunda daha uğurlu performans göstərəcək: “Antist bundan uğurlu başlanğıc edə bilməzdi. O, cəmi 2 oyuna çıxıb, 1 qol, 1 assistlə yadda qalıb. Qısa müddətdə Emrelinin “Nürnberq”dəki performansının yarısına çatdı. Halbuki Mahirə bunu bacarmaq üçün 1000 dəqiqədən çox vaxt lazım oldu”.
Qeyd edək ki, Mahir Emrelinin Cənubi Koreya klubu “Seul”a keçməsi gözlənilir.