Entso Fernandes “Real”da
“Real” daha bir ulduz futbolçu transferini razılaşdırıb.
Msport.az xəbər verir ki, “Çelsi”nin və Argentina millisinin yarımmüdafiəçisi Entso Fernandeslə müqavilə imzalanıb.
İspaniya nəhəngi ilə oyunçu 2032-ci ilə qədər müddətdə müqavilənin bütün şərtlərində razılaşıblar. “Real” London klubundan ayrılmaq istəyən və Madridə transfer olunmağa can atan yarımmüdafiəçini keçidi üçün “Çelsi”yə cəlbedici təklif ünvanlamağa hazırdır.
“Çelsi”nin Fernandesin transferi üçün 138 milyon avro istədiyi bildirilir.
Entso Fernandes ötən mövsüm bütün yarışlarda 54 oyun keçirib, 15 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” yarımmüdafiəçinin hazırki bazar dəyərini 90 milyon avro qiymətləndirir.







