Ərəblər Dembele ilə danışığa başladı
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu transfer bazarında fəal şəkildə işləməyə davam edir və PSJ-nin hücumçusu Usman Dembele ilə bağlı ilkin danışıqlara başlayıb.
“Vest Hem”in cinah oyunçusu Krisensio Sammervil ilə müqavilə imzaladıqdan sonra Səudiyyə klubu heyətini daha bir yüksək səviyyəli oyunçu ilə gücləndirməyi hədəfləyir.
Dembelenin nümayəndələri ilə ilkin əlaqələr artıq qurulub. Oyunçu razılaşarsa, “Əl-Hilal” 2025-ci il “Qızıl top” mükafatı sahibinin müqaviləsini uzatmaq niyyətində olan PSJ ilə danışıqlara başlayacaq.
“Əl-Hilal”ın “İnter”in müdafiəçisi Alessandro Bastoni ilə maraqlandığı da əvvəllər bildirilmişdi.







