Ərəblər Salahla maraqlanır
Səudiyyə Ərəbistanı klubları yay transfer dönəmində “Liverpul”un ulduzu Məhəmməd Salahı əsas hədəf kimi müəyyənləşdirib.
Msport.az xəbər verir ki, 33 yaşlı misirli futbolçunun mövsümün sonunda İngiltərə klubundan ayrılacağı gözlənilir.
Bildirilir ki, “Liverpul” müqaviləsinin bitməsinə bir il qalmış Salahın azad agent kimi komandadan getməsinə mane olmayacaq. Klub bununla maaş büdcəsində ciddi yer açmağı planlaşdırır.
Büdcələrin azaldılmasına və Yaxın Şərqdəki vəziyyətə baxmayaraq ərəblər Salah kimi dünya ulduzlarını öz liqalarına gətirmək üçün səy göstərirlər.
Qeyd edək ki, “Liverpul” 2023-cü ildə “Əl-İttihad”ın Salah üçün etdiyi 150 milyon funt sterlinqlik təklifi geri çevirib.







