featured-image-81031

“Volfsburq”un yarımmüdafiəçisi Kristian Eriksen yaşadığı sağlamlıq problemlərinə baxmayaraq futbolçu karyerasını başa vurmağı planlaşdırmır.

Msport.az xəbər verir ki, danimarkalı futbolçu milli komandanın heyətində matç zamanı ikinci dəfə huşunu itirdikdən bir neçə ay sonra “Volfsburq”un düşərgəsinə qayıdıb.

Eriksen komandanın yoldaşlıq oyunu zamanı futbolçular və məşqçilər korpusu ilə görüşsə də, hələlik tam məşqlərə başlamayıb. Bildirilir ki, onun bərpasının növbəti mərhələsi Danimarkada həkim nəzarəti altında davam edəcək.

Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçinin meydana qayıdacağı tarix hələ müəyyənləşməyib.

Bənzər xəbərlər