"Eriksenin vəziyyəti yaxşıdır" - Danimarka millisinin həkimi
Danimarka millisinin həkimi Morten Boesen Kristian Eriksenin vəziyyəti ilə bağlı açıqlama verib.
Msport.az xəbər verir ki, 34 yaşlı futbolçu Ukrayna ilə yoldaşlıq oyununda huşunu itirərək yerə yıxılıb. Nəticədə, matç 75-ci dəqiqədə hesab 2:1 meydan sahiblərinin xeyirinə olarkən dayandırılıb.
“Kristin yaxşıdır və meydanı özü tərk etdi. Məncə, kardiostimulyator necə lazım idisə, elə də işlədi. O, bir anlıq huşunu itirdi, lakin çox tez özünə gəldi. Biz o dəqiqə onunla kontakt yaratdıq.
İndi Eriksen xəstəxanada tibbi müayinələrdən keçəcək ki, bunun səbəbini bilək. Biz onun özü ilə və həkimlərlə daim əlaqəyik.
Kristian yaxşıdır və məndən xahiş etdi ki, bütün komanda yoldaşlarına salamını çatdırım” – Danimarka millisinin həkimi belə deyib.







