featured-image-5512

Ermənistan millisinin baş məşqçisi Xoakin Kaparros mətbuat konfransını yarımçıq tərk edib.

Msport.az Polşa mətbuatına istinadən xəbər verir ki, buna ukraynalı qadın jurnalistin verdiyi sual səbəb olub. Millətlət Liqasının dünən keçirilən Ukrayna – Ermənistan oyunundan (3:0) sonra media nümayəndəsi “nəyə görə erməni futbolçular matçdan öncə Ukrayna ilə həmrəylik nümayiş etdirməyiblər” sualı verib.

Əvvəlcə Ermənistan Futbol Federasiyasının mətbuat katibi bildirib ki, məşqçi siyasi suallara cavab verməyəcək.

Kaparros özü də bir neçə dildə izah etməyə çalışıb ki, bu haqda danışmaq niyyətində deyil. Daha sonra isə ispaniyalı mütəxəssis mətbuat konfransının keçirildiyi zalı tərk edib.

Bənzər xəbərlər