featured-image-81846

Eşli Koul İngiltərə gənclər millisinin məşqçisi postundan ayrılıb.

Msport.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu Li Karslinin korpusunda çalışırdı.

45 yaşlı mütəxəssis 5 il Karslinin yanında işləyib. O, martda millini “Çezena” klubundakı işinə görə tərk etsə də, iyunda İtaliya təmsilçisindən ayrılıb.

İndi İngiltərə Futbol Assosiasiyası təsdiq edib ki, Koul milliyə qayıtmayacaq.

“Çelsi”, “Arsenal” kimi komandalarda oynamış veteran futbolçu baş məşqçi kimi özünü ilk dəfə “Çezena”da sınayıb.

Onun rəhbərliyi altında komanda B seriyasında 11-ci yeri tutub və 8 oyunda cəmi 1 qələbə qazanıb.

 

Bənzər xəbərlər