Eşli Yanq karyerasını bitirir
İngiltərə millisinin sabiq futbolçusu Eşliq Yanq karyerasını başa vurur.
Msport.az xəbər verir ki, “İpsviç”də çıxış edən 40 yaşlı cinah müdafiəçisi bu barədə sosial şəbəkə hesabında yazıb.
O, mayın 2-də karyerasının son oyununa çıxacağını açıqlayıb. “İpsviç” Çempionşipin 46-cı turunda QPR ilə üz-üzə gələcək.
Qeyd edək ki, Eşli Yanq İtaliyada “İnter”, ölkəsində “Mançester Yunayted”, “Aston Villa”, “Everton” və “Uotford” klublarının formasını geyinib.







