featured-image-62131

“Sizin üçün darıxacağıq”.

Msport.az xəbər verir ki, bu sözləri millimizin və “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeydanın həyat yoldaşı Kamila Pamela instaqram səhifəsində yazıb.

Braziliyalı xanım Azərbaycan və Ağdam klubuna təsirli sözlərlə vida edib: “Evimlə necə vidalaşım? Bəli, bu 11 il ərzində Azərbaycan bizim evimizə çevrildi, burada çoxlu sevincli anlarımız, imtahanımız, nailiyyətlərimiz, qələbələrimiz oldu. Onlar bizə yetkinləşməyə kömək etdi. Qızlarımın böyüdüyü, gözəl uşaqlıq illərinin keçdiyi, sədaqətli dostlar qazandığımız ölkə. Bu cür xalqla tanış olduğumuz üçün Allaha nə qədər minnətdar olsam, azdır.

Hər şeyə görə şükürlər olsun. Tanrım, mənə bu məkanı tanıyıb yaşamağa imkan verdiyin, bizə göstərilən sonsuz sevgi və hörmətə görə təşəkkürlər.

Təşəkkürlər Azərbaycan, səni hər gün sevdim…

Və “Qarabağ”a təşəkkür etməyə bilmərəm. Hər şeyə görə minnətdaram. Uğurlar!”

Qeyd edək ki, 2012-2018-ci, 2019-cu və 2021-1025-ci illərdə “Qarabağ”da çıxış edən Almeyda 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə “Qarabağ”ın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

Bənzər xəbərlər