Əvvəlcə Deşam, sonra Abbasov...
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da keçiriləcək Azərbaycan – Fransa oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Msport.az xəbər verir ki, əvvəlcə Fransa, daha sonra Azərbaycan millisi son məşqinə çıxacaq.
15 noyabr
Fransa milli komandası
17:00. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
19:30. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.







