featured-image-6426

Qana millisi 1995-ci ildə gözlənilmədən finalda Braziliyanı məğlub edərək U-17 dünya çempionatının qalibi olub. Braziliyalılara qələbə qolunu vuran futbolçu isə 14 uşaqlı ailənin övladı olan Baba Sule idi.

Turnirdən sonra “Malyorka” onunla müqavilə bağlayır, daha sonra isə “Real” dəvət göndərir. Gənc yarımmüdafiəçini Klod Makaleleyə oxşadırdılar: enerjili, top almaqda aqressiv, dəmir kimi möhkəm və orta sahəyə nəzarət edən adam.

Baba Sule “Santyaqo Bernabeu”ya dəvətə görə şokdan ayıla bilmirdi. Hərçənd ki, onu o dəqiqə “Leqanes”ə icarəyə göndərdilər.

O, heç “Real”ın B komandasında da debüt edə bilmədi, zədələr imkan vermədi. Hələ “Malyorka”da olarkən o, hepotit xəstəliyinə yoluxur, sonra “Orense”də olarkən dirsək sümüyü sınır.

“Leqanes”ə icarəyə gələn Baba Sulenin ilk oyundaca diz bağları qırılır. Təzə-təzə düzəlib meydan qayıdandan az sonra dizindən zədə alır. Ondan sonra isə karyerasında elə klublar başlayır ki, heç adlarını belə çəkməyə dəyməz.

Sonra Baba Sulenin həyatında vacib tanışlıq baş verir. O, “Atletiko”nun gənc istedadı David de Xea ilə tanış olur. Davidin sürücülük vəsiqəsi olmadığından evdən əvvəlcə valdeyinləri ilə harasa gedirdi. Sonra klub etibarlı və ən əsası futbol sürücüsü tapdı – Madridin “Rayo Maxadaonda” klubunun futbolçusu Baba Suleni.

Qanalı futbolçu xatırlayır: “De Xea çox utancaq idi. Lakin biz dil tapırdıq. Yolda olanda ona ingilis kəlmələrini öyrədirdim. De Xea və ailəsi ilə əla vaxt keçirirdik. İndi də əlaqə saxlayırıq”.

De Xea “Mançester Yunayted”ə keçdikdən sonra qanalı tanışına zəng ediv və ilk şad xəbəri ona verib.

Baba Sule bütün qazancını 13 bacı və qardaşına göndərirmiş. Məhz bu səbəbdən o, daim iş axtarıb və sürücü olmağa razılıq verib. Baba Sule bir müddət elektrik, bir müddət də “El Corte Inglés” mağazalar şəbəkəsində işləyib.

İndi Sulenin 43 yaşı var, və o, bir neçə ildir ki, İspaniyanın II divizionunda mübarizə aparan “Fuenlabrade” klubunda inzibatçı kimi çalışır – topları yığır, butsıları təmizləyir və formaları camaşırxanaya götürür.

media-sule-1

media-sule-2

Bənzər xəbərlər