Fabreqas Fransa klubundan ayrıldı
Fransanın “Monako” klubu futbolçusu Sesk Fabreqasla yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.
İspaniyalı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti artırılmayıb. 35 yaşlı futbolçu komandanı azad agent statusu ilə tərk edib.
Fabreqas 2019-cu ilin yanvarından “Monako”da çıxış edirdi. O, son mövsümdə cəmi 5 oyunda meydana çıxıb.