Fabreqas İtaliyada mövsümün məşqçisi seçildi
“Komo”nun baş məşqçisi Sesk Fabreqas İtaliya A seriyasında 20025-2026 mövsümünün ən yaxşı məşqçisi seçilib.
Msport.az xəbər verir ki, sorğunu İtaliya Futbolçular Assosiasiyası (AİC) keçirib.
Qaliblər futbolçular arasında keçirilən səsvermə yolu ilə müəyyən olunub. Mükafatlandırma mərasimi Milanın “La Skala” teatrında keçirilib.
39 yaşlı ispaniyalı mütəxəssis 2024-cü ildən “Komo”ya rəhbərlik edir. Ötən mövsüm 71 xalla 4-cü yeri tutan komanda tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.
Mövsümün ən yaxşı oyunçusu “İnter”in müdafiəçisi Federiko Dimarko seçilib. Ən yaxşı klub “İnter” syaılıb.
Ən yaxşı gənc oyunçu “Komo”dan Niko Pas, ən yaxşı qolun müəllifi isə “Yuventus”dan Fransişku Konseysau olub.







