Fati “Barselona”ya qayıtmaq istəmir
Müqavilə ilə “Barselona”ya məxsus olan Ansu Fatinin gələcək taleyi maraq doğurur.
Msport.az xəbər verir ki, hazırda icarə əsasında “Monako”da çıxış edən 23 yaşlı hücumçunun atası Bori Fati oğlunun karyerası ilə bağlı danışıb.
Bori Fati oğlunun hazırkı klubunda qalmağa meylli olduğunu bildirib: “Hələ dəqiq bilmirik. Ansunun “Monako”da qalmasını istərdik, çünki bura onun xoşuna gəlir. Lakin onun “Barselona” ilə 2028-ci ilə qədər müqaviləsi var. Görək necə olur”.
Qeyd edək ki, Monako təmsilçisinin ispan futbolçunu birdəfəlik transfer etmək hüququ olsa da, hələlik yekun qərar verilməyib. Fati “qırmızı-ağlar”ın heyətində keçirdiyi 27 matçda rəqib qapılarından on top keçirməyi bacarıb.







