“Fənərbağça” “Benfika”nın futbolçusuna elçi düşüb
“Fənərbağça” yunan oyunçu Vangelis Pavlidis üçün Lissabonun “Benfika” klubuna müraciət edib.
Msport.az xəbər verir ki, İstanbul klubu oyunçu üçün 40 milyon avro təklif edib.
Lakin “Benfika” türkiyəlilərin bu təklifini rədd edib. Portuqaliya mətbuatında yer alan məlumatlara görə, Pavlidis bu yay “Benfika”nı tərk edəcək.
Keçən mövsüm “Benfika”da 53 matçda 30 qol vurub, 6 məhsuldar ötürmə edən Pavlidis, bu mövsümə də 2 oyunda 4 qolla başlayıb.







