featured-image-81561

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Msport.az xəbər verir ki,  ilk oyun günündə 3 matç keçirilib.

“Fənərbağça” doğma divarlar arasında “Lion”la qarşılaşıb. Oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb. İstanbul klubununun heyətində Fransa təmsilçisi “Marsel”dən alınmış Meyson Qrinvud fərqlənib. Romelu Lukaku ikinci hissədə meydana çıxaraq “Fənər”in heyətində debüt edib.

Qeyd edək ki, pley-offun digər 4 ilk matçı bu gün keçiriləcək.

Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar

18 avqust 

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Vikinq” (Norveç) – 2:2

Qollar:Belyo, 6 (1:0), Lisika, 10 (2:0), Kristiansen, 26 (2:1), Tripik, 39 (2:2)

23:00. “Levski” (Bolqarıstan) – AEK (Yunanıstan) – 0:0

23:00. “Fənərbaxça” (Türkiyə) – “Lion” (Fransa) – 1:1

Qollar: Openda, 40 (0:1), Qrinvud, 47 (1:1)

19 avqust

23:00. “Seltik” (Şotlandiya) – LASK (Avstriya)

23:00. “Slovan” (Slovakiya) – “Selye” (Sloveniya)

23:00. “Hapoel” (Ber Şeva, İsrail) – “Sabah” (Azərbaycan)

23:00. “Nijmegen” (Niderland) – “Budo Qlimt” (Norveç)

Bənzər xəbərlər