featured-image-81276

“Fənırbağça” Romelu Lukakunun transferi ilə bağlı danışıqlarda son mərhələyə qədəm qoyub.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolyeri paylaşım edib.

Onun sözlərinə görə, “Fənər” hücumçunun məxsus olduğu “Napoli” ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Tərəflər yaxın saatlar ərzində 33 yaşlı futbolçunun şəxsi müqaviləsinin detallarını müəyənləşdirməlidirlər.

Belçikalı forvardın İtaliya klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir. O, ötən mövsüm “Napoli”də cəmi 5 oyun keçirib.

 

Bənzər xəbərlər