“Fənərbağça”nın yeni hücumçu planı
“Fənərbağça” yeni mövsüm öncəsi heyətini gücləndirmək məqsədilə böyük transfer əməliyyatına start verib.
Msport.az xəbər verir ki, İstanbul klubu “Borussiya Dortmund”da çıxış edən Seru Qirassini transfer siyahısına daxil edib.
Rəhbərliyin qvineyalı hücumçunu heyətə qatmaq üçün rəsmi danışıqlara başladığı bildirilir. 30 yaşlı forvardla aparılan görüşlərdə müsbət irəliləyişlərin əldə olunduğu və Qirassinin özünün də “Fənərbağça”ya gəlməyə müsbət yanaşdığı qeyd edilir.
Transferlə bağlı hazırlanan ətraflı dosye klubda keçiriləcək seçkilərdən sonra fəaliyyətə başlayacaq yeni rəhbərliyə təqdim olunacaq. Keçidlə bağlı yekun qərarın məhz seçki sonrası aparılacaq qiymətləndirmələrlə dəqiqləşəcəyi gözlənilir.
Seru Qirassi cari mövsümdə Almaniya klubunun forması ilə çıxdığı 44 matçda 20 qol və altı məhsuldar ötürmə ilə yadda qalıb.







