“Fənərbağça” qalib gəldi, “Roma” evdə uduzdu
UEFA Avropa Liqasının Liqa mərhələsində III turun oyunları keçirilib.
Msport.az xəbər verir ki, Avropanın yaşıl meydanlarında 18 qarşılaşma baş tutub.
Türkiyənin “Fənərbağça” komandası evdə “Ştutqart”ı məğlub edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Roma” öz meydanında Çexiyanın “Viktoriya” kollektivinə 1:2 hesabı ilə məğlub olub.
UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur
“Feyenoord” (Niderland) – “Panatinaikos” (Yunanıstan) – 3:1
“Zaltsburq” (Avstriya) – “Ferentsvaroş” (Macarıstan) – 2:3
“Fənərbağça” (Türkiyə) – “Ştutqart” (Almaniya) – 1:0
“Braqa” (Portuqaliya) – “Srvena Zvezda” (Serbiya) – 2:0
“Lion” (Fransa) – “Bazel” (İsveçrə) – 2:0
FCSB (Rumıniya) – “Bolonya” (İtaliya) – 1:2
“Qo Ehed İqlz” (Niderland) – “Aston Villa” (İngiltərə) – 2:1
“Genk” (Belçika) – “Betis” (İspaniya) – 0:0
“Brann” (Norveç) – “Reyncers” (Şotlandiya) -3:0
“Roma” (İtaliya) – “Viktoriya” (Çexiya) – 1:2
“Lill” (Fransa) – PAOK (Yunanıstan) – 3:4
“Seltik” (Şotlandiya) – “Şturm” (Avstriya) – 2:1
“Makkabi” (Təl-Əviv, İsrail) – “Midtyullann” (Danimarka) – 0:3
“Yanq Boys” (İsveçrə) – “Ludoqorets” (Bolqarıstan) – 3:2
“Frayburq” (Almaniya) – “Utrext” (Niderland) 2-0
“Nottinqem Forest” (İngiltərə) – “Portu” (Portuqaliya) – 2:0
“Selta” (İspaniya) – “Nitsa” (Fransa) – 2:1
“Malmö” (İsveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 1:1







