“Fənərbaxça”dan son oyunda qələbə, “Beşiktaş”dan heç-heçə
Futbol üzrə Türkiyə Super Liqasında sonuncu turun oyunları keçirilir. Msport.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
“Sivasspor” doğma meydanda “Kayserispor”a qalib gəlib. Altı qolun qeydə alındığı “Altay” – “Kasımpaşa” matçında qonaqlar inamlı qələbəyə seviniblər.
“Fənərbaxça” “Yeni Malatyaspor”la səfər oyununda 5 cavabsız qola sevinib. İstanbulun digər təmsilçisi “Beşiktaş” isə “Konyaspor”la qarşılaşmadan 1 xalla ayrılıb.
Türkiyə Super Liqası
38-ci tur
20 may
Antalyaspor – Qalatasaray 1:1
Qol: Ndao, 45 – M.Məhəmməd, 77.
Qaziantep – Rizəspor 2:0
Qol: Stankovski, 41. Maksim, 58.
21 may
Altay – Kasımpaşa 2:4
Qol: İ.Öztürk, 45+1. Kappel, 81-pen – Eysserik, 35; 50. U.Bozok, 42; 63.
Sivasspor – Kayserispor 2:1
Qol: J.Feliks, 21. K.Kesgin, 63 – M.Kardozo, 56.
Beşiktaş – Konyaspor 1:1
Qol: K.Karaman, 90+1 – Rahmanoviç, 42.
Yeni Malatyaspor – Fənərbaxça 0:5
Qol: S.Dursun, 32. S.Aziz, 57. İ.Kahveci, 75. Valensiya, 77; 89.
22 may
17:00. Başakşəhər – Trabzonspor
17:00. Fatih Karagümruk – Alanyaspor
20:00. Hatayspor – Girəsunspor
20:00. Adana Dəmirspor – Göztəpə