featured-image-7303

“Torino”dan ayrılan Andrea Belotti “Monako”ya keçəcək. Msport.az “La Repubblica”ya istinadən xəbər verir ki, İtaliya millisinin hücumçusu 4 illik müqavilə bağlayacaq.  28 yaşlı futbolçunun illik əməkhaqqısı 3,5 milyon avro olacaq.

Belottinin “Torino” ilə müqaviləsi başa çatdıqdan sonra o, yeni anlaşmaya imza atmamışdı.  “Fənərbaxça”da italiyalı hücumçunu transfer etmək istəsə də, o, Türkiyəyə gəlməkdən imtina edib.

Xatırladaq ki, forvard 2015-ci ilin yayında “Palermo”dan “Torino”ya keçmişdi.  O, Turin təmsilçisində 251 oyunda 113 qol vurub. Belotti ötən il İtaliya millisi ilə Avropa çempionu olub.

Bənzər xəbərlər