Fernandeş Ronaldonun uğurunu təkrarladı
Portuqaliya millisinin futbolçusu Bruno Fernandeş “Mançester Yunayted”də Kriştiano Ronaldonun nailiyyətini təkrarlayıb.
Msport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi buna Premyer Liqanın XXXIV turunda “Brenford”u məğlub etdikləri oyunda (2:1) nail olub.
Görüşdə məhsuldar ötürmə ilə yadda qalan oyunçu çempionatda 140 qolun vurulmasında (70 qol, 70 assist) yaxından iştirak edib. Ronaldo “qırmızı şeytanlar”da 103 qol və 37 assist müəllifi olub.
Qeyd edək ki, 2020-ci ildən “Mançester Yunayted”də çıxış edən Bruno Fernandeş cari mövsüm 33 matçda 8 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.







