Fernandu Santuş “Əfsanə” mükafatına layiq görüldü
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb.
Msport.az saytı Portuqaliyanın “A Bola” nəşrinə istinadən xəbər verir ki, “Gazzetta Awards” qalasında “Əfsanə” mükafatı 70 yaşlı mütəxəssisə təqdim edilib.
Portuqaliyalı çalışdırıcıya mükafatı Yunanıstan millisinin sabiq futbolçusu Demis Nikolaidis verib.
Qeyd edək ki, 2010-2014-cü illərdə Yunanıstan millisini çalışdıran Fernandu Santuş komandanı AÇ-2012 və DÇ-2014-ün final mərhələsinə daşıyıb. Komanda Avropa çempionatında 1/4, dünya çempionatında isə 1/8 final mərhələsinə qədər irəliləyib. O, Yunanıstanda AEK, “Panatinaikos” və PAOK klublarında da çalışıb.