featured-image-62655

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun növbəti mətbuat konfransının vaxtı müəyyənləşib.

Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis martın 13-də media önünə çıxacaq.

AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 11:00-da başlayacaq. Santuş mətbuat konfransı zamanı Haiti və Belarus yığmaları ilə keçiriləcək yoldaşlıq görüşlərinin heyətini açıqlayacaq.

Qeyd edək ki, millimiz martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə, bundan üç gün sonra isə “Bank Respublika Arena”da Belarusla qarşılaşacaq.

Bənzər xəbərlər