featured-image-65290

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransının vaxtı müəyyənləşib.

Msport.az xəbər verir ki, tədbir mayın 23-də təşkil olunacaq.

AFFA-nın inzibati binasında baş tutacaq konfrans saat 16:00-da start götürəcək. Portuqaliyalı mütəxəssis iyunda Latviya və Macarıstana qarşı keçiriləcək yoldaşlıq görüşlərinin heyətini açıqlayacaq.

Qeyyd edək ki, iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviyanın qonağı olacaq millimiz üç gün sonra “Liv Bona Dea Arena”da Macarıstanı qəbul edəcək.

Bənzər xəbərlər