featured-image-81428

İspaniya millisinin hücumçusu Ferran Torres “Barselona”dan PSJ-yə keçir.

Msport.az xəbər verir ki, hücumçunun transfer müqaviləsi təsdiqlənib.

“Blaugrana” Paris klubundan 50 milyon avro təzminat alacaq. Ferran Torres məhz PSJ-yə keçmək istəyib və bir neçə günlük danışıqlardan sonra razılıq əldə edilib. İspaniyalı futbolçunun Kataloniya klubu ilə müqaviləsi gələn yaya qədər qüvvədədir.

Bu yay Torres İspaniyanın heyətində 2026-cı il Dünya Kubokunda oynayıb və onun qolu milli komandaya finalda Argentina üzərində 1:0 hesablı qələbə qazandırıb.

Bənzər xəbərlər