featured-image-3278
Avropa Konfrans Liqasının finalına vəsiqə qazanan “Feyenoord” UEFA-dan narazı qalıb.
Msport.az xəbər verir ki,  Niderland klubunu narazı salan məqam UEFA-nın bilet satışı ilə bağlı siyasətidir. Avropanın ali futbol qurumu finalda iştirak edəcək klubların hər birinə cəmi 3 min bilet ayırıb.
Satış yalnız UEFA kanalları vasitəsilə mümkündür ki, bu da komandaların azarkeşləri üçün əlavə bürokratik əngəllər yaradır. Bundan başqa,  “Feyenoord” iddia edir ki, onlara əvvəlcədən ümumi satışlar barədə məlumat verilməyib, buna görə də, satışa çıxarılan 8500 biletin çoxu “Roma” azarkeşlərinə çatıb.
Artıq “Feyenoord” azarkeşləri də narazılıqlarını bildiriblər. Onlar finala biletsiz buraxılmaları üçün sosial şəbəkədə müraciət yerləşdiriblər.
“Feyenoord”la “Roma” arasında final oyunu mayın 25-də keçiriləcək.
Xatırladaq ki, daha öncə Çempionlar Liqasının finalına vəsiqə qazanan “Liverpul”un baş məşqçisi Yurgen Kloop da UEFA-nı bilet siyasətinə görə tənqid etmişdi.

Bənzər xəbərlər