featured-image-70515

FİFA 2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatının tarixini dəyişə bilər. Msport.az xəbər verir ki, beynəlxalq futbol qurumu mundialı 2035-ci ilin yanvarına keçirmək haqqında düşünür.

Bu, müqəddəs Ramazan ayı ilə bağlıdır. Həmin vaxt Ramazan 2034-cü ilin noyabr-dekabr aylarına təsadüf edəcək.

Yayda Səudiyyə Ərəbistanında temperatur +52 dərəcəyə yüksəldiyindən DÇ-2034-ün yay aylarında təşkil olunması mümkün deyil.

İlk dəfə 2022-ci ildə dünya çempionatı Qətərdə yay aylarında keçirilmişdi.

Bənzər xəbərlər