featured-image-5415

Eklvador milli komandası Qətərdə keçiriləcək dünya çempionatında mübarizə aparacaq.

Msport.az xəbər verir ki, bu barədə FİFA-nın yaydığı pressrelizdə deyilir. Dünya futbol qurumu Çilinin apellyasiyasını qəbul etməyib.

Çili yığmasının hüquqşünası Eduardo Karlettsonun əlində Ekvador millisinin futbolçusu Bayron Kastilyonun kolumbiyalı olması barədə sənəd olduğu deyilirdi. Ona görə də Kastilyo Ekvador seçməsində oynaya bilməz. Hüquqşünas futbolçunun doğum haqqında şəhadətnaməsini tapıb və orada yazılıb ki, Bayron 1998-ci ilin noyabrında Kolumbiyanın Tumako şəhərində anadan olub.

 

Bənzər xəbərlər