featured-image-81623

Macarıstan Futbol Federasiyasının prezidenti, FIFA Şurasının səkkiz vitse-prezidentindən biri Şandor Çani qurumun prezidenti Canni İnfantinoya qarşı çıxıb.

Msport.az xəbər verir ki, Çani İnfantinoya məktub göndərərək onun peşəkar səriştəsini, etik standartlarını və liderlik keyfiyyətlərini tənqid edib.

Çani məktubunda İnfantinoya qarşı əvvəllər bəslədiyi etimadı artıq itirdiyini bildirib. Onun sözlərinə görə, FIFA-nın baş əməliyyat direktoru Kevin Lyaumurun vəzifədən uzaqlaşdırılması son damla olub. Lyaumur İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planını tənqid edirdi.

“Mənim FIFA-nı uğurla və səmərəli şəkildə idarə etmək bacarığınıza olan inamım sarsılıb”, – deyə Çani vurğulayıb.

İnfantinonun dünya çempionatının kommersiya hüquqlarına özəl investorların cəlb edilməsi ilə bağlı baş tutmayan planı ətrafında yaranan münaqişə fonunda getdikcə daha çox futbol təşkilatı hazırkı FIFA prezidentindən uzaqlaşır.

Bənzər xəbərlər