FİFA Rafael Leaunu cəzalandıra bilər
FİFA Portuqaliya millisinin üzvü Rafael Leaonu cəzalandıra bilər.
Msport.az xəbər verir ki, hücumçu Çili ilə yoldaşlıq oyununda (2:1) dava salıb. Yan xətt yaxınlığında baş vermiş davaya görə Leau və Çili komandasının müdafiəçisi İvan Roman qırmızı vərəqə alaraq meydandan qovulublar.
Leau rəqib futbolçunun boğazından tutaraq onun üzünə zərbə endirib.
Yoldaşlıq oyunlarında göstərilən qırmızı vərəqələr adətən rəsmi matçlara şamil olunmur. “Milan”ın futbolçusu kobud qayda pozuntusuna görə meydandan uzaqlaşdırıldığı üçün FİFA-nın İntizam Komitəsi onu rəsmi görüşlər üçün də cəzalandıra bilər. Belə olan halda Leau mundialın ilk görüşlərini buraxmaq ehtimalı var.
Qeyd edək ki, Portuqaliya DÇ-2026-da K qrupunda Konqo Demokratik Respublikası, Özbəkistan və Avstraliya ilə mübarizə aparacaq.







