featured-image-840

FiFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. 

Msport.az xəbər verir ki, Azərbaycan yığması sıralamada 129-cudur. Aktivində 1126 xal olan millimiz əvvəlki siyahı ilə müqayisədə 8 pillə geriləyib.

Azərbaycanın Millətlər Liqasındakı rəqiblərindən Slovakiya 1454 xalla 45-ci, Belarus 1243 xalla 93-cü, Qazaxıstan isə 1134 xalla 125-cidir.

Cədvəlin ilk pillələrində dəyişiklik olub – Braziliya (1832 xal) Belçikanı qabaqlayaraq (1828 xal) 1-ci yerə yüksəlib. Fransa isə 1786 xalla 3-cüdür.

Aktivində 1473 xal olan Türkiyə 43-cü pillədə qərarlaşır.

Bənzər xəbərlər