featured-image-6242

Beynəlxalq Futbol Federasiyası (FİFA) əcnəbi futbolçulara Rusiya klubları ilə 2023-cü ilin iyun ayına qədər müqavilələrini dayandırmağa icazə verib.

Msport.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bənzər xəbərlər