featured-image-861

FİFA İcraiyyə Komitəsinin üzvü Evelina Kristillin İran millisinin əvəzinə İtaliyanın DÇ-2022-dəki oynayacağına dair yayılan xəbərlərə münasibət bildirib.

Dünən İtaliya mətbuatı belə bir məlumat yayıb ki, İranda qadınlar stadionlara buraxılmadığından bu ölkənin komandası mundialdan kənarlaşdırıla və onu İtaliya əvəz edə bilər.

Msport.az “Football İtalia”ya istinadən xəbər verir ki, FİFA rəsmisi bununla bağlı deyib:

“Martın 31-də Qətərdə FİFA-nın konqresi keçirildi. Orada bütün üzvlər kimi İran da iştirak etdi. Biz heç vaxt İranın dünya çempionatından çıxarılması məsələsini müzakirə etməmişik. Hətta bu baş versə belə, onların yerinə Asiyanı təmsil edən digər komanda təklif olunardı. Gəlin, bu fikri bir kənara qoyaq. Hazırda İtaliyanın dünya çempionatında oynaması mümkün deyil. Bununla bağlı xəbərlər nağıldır”.

Bənzər xəbərlər