featured-image-78804

“Fiorentina” yeni baş məşqçinin adını açıqlayıb.

Msport.az xəbər verir ki, Florentsiya klubu Fabio Qrosso ilə anlaşıb. Onunla müqavilənin müddəti 2028-ci ilin yayına qədərdir.

Qrosso futbolçu kimi İtaliya millisinin heyətində dünya çempionu olub.

O, buna qədər “Bari”, “Verona”, “Breşiya”, “Sion”, “Frazinone”, “Lion”, “Sassuolo” klublarına rəhbərlik edib.

Qeyd edək ki, “Fiorentina” ötən mövsüm A seriyasında 15-ci yeri tutub.

 

Bənzər xəbərlər