featured-image-6845

“Real”ın hücumçusu Luka Yoviç icarə qaydasında “Fiorentina”da çıxış edəcək. Msport.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio məlumat yayıb. 24 yaşlı futbolçununun əməkhaqqısının bir hissəsini Madrid klubu ödəyəcək.

“Fiorentina” 2021-2022 mövsümü başa çatdıqdan sonra “Herta”dan  icarəyə götürdüyü Kşiştof Pionteklə vidalaşdığından komandaya yeni hücumçu lazımdır.

Yoviç “Real”a 2019-cu ilin yayında “Ayntraxt”dan keçib. İspaniya təmsilçisi onun transferinə görə 63 milyon avro xərcə düşmüşdü. Amma Serbiya yığmasının forvardı heç cür “Real”da möhkəmlənə bilmədi. O, artıq ikinci dəfədir ki, icarəyə gedir.

 

Bənzər xəbərlər