featured-image-77946

“Barselona”nın baş məşqçisi Hansi Flikin müqaviləsi 2028-ci ilə qədər uzadılıb.

Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.

Onun bildirdiyinə görə, almaniyalı mütəxəssislə yeni müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq. Razılaşmada anlaşmanın daha bir il – 2029-cu ilə qədər uzadılması ilə bağlı xüsusi bənd də yer alıb.

Qeyd edək ki, “Barselona” Hansi Fliki ötən mövsüm komandanın baş məşqçisi təyin edib.

Bənzər xəbərlər