Floryan Toven Fransada ən yaxşı sayıldı
“Lans”ın hücumçusu Floryan Toven Liqa-1-də sentyabrın ən yaxşısı futbolçusu seçilib.
Msport.az xəbər verir ki, 32 yaşlı forvard sentyabrda Fransa çempionatında 3 oyunda meydana çıxıb və 1 qol vurub.
7 turdan sonra hesabında 13 xal olan “Lans” 6-cı yeri tutur.
Qeyd edək ki, Toven 2019-cu ilin iyunundan sonra ilk dəfə Fransa millisinə dəvət aldı. Təcrübəli futbolçu Fransa-Azərbaycan matçında (3:0) meydana sonradan girərək fərqlənə bildi.