featured-image-63981

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində Fransa yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Msport.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo açıqlama verib.

O bildirib ki, Fransa yığması seçmə mərhələdəki hər üç ev matçını PSJ-nin stadionu “Park de Prens”də keçirəcək. Buna səbəb “Stad de Frans”la bağlı yaranmış problemdir. Yerli şirkətlər öz aralarında razılığa gələ bilmədiyindən, Azərbaycan, Ukrayna və İslandiya ilə qarşılaşmaların “Park de Prens”ə salınması qərara alınıb.

Qeyd edək ki, millimiz Fransa ilə səfər oyununu oktyabrın 10-da keçirəcək.

Bənzər xəbərlər