featured-image-4066

PSJ rəhbərliyi yayda Neymarı transferə çıxara bilər. Msport.az xəbər verir ki, “Le Parisien” bu xəbəri yayıb.

Qəzetin yazdığına görə, 30 yaşlı futbolçu kluba nəzarət edən Qətər hakim dairələrinin istəyi ilə göndəriləcək. Neymarın yola salınma səbəblərindən biri də Kilian Mbappe ilə yeni çoxmilyonluq müqavilənin bağlanmasıdır.

Ancaq Paris klubu üçün Neymarın satışı asan olmayacaq. Mbappenin yeni müqaviləsinə qədər braziliyalı hücumçu Leo Messidən sonra komandanın ən yüksək ödənişli ikinci futbolçusu idi. O, həftəyə təxminən 580 min avro qazanırdı.

Neymar bu mövsüm bütün turnirlərdə 28 oyunda 13 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər