Fransa millisinin futbolçusuna təklif
“Bavariya”nın müdafiəçisi Dayot Upamekano karyerasını La Liqada davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Real” Fransa millisinin futbolçusunun transferində maraqlıdır.
Madrid klubu oyunçu üçün təxminən 20 milyon avro ödəməyə hazırdır. Lakin bu məbləğ “transfermarkt”ın müəyyən etdiyi 60 milyon avroluq bazar dəyərindən xeyli aşağıdır.
Qeyd edək ki, Upamekanonun “Bavariya” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər qüvvədədir. O, bu mövsüm Almaniya Bundesliqasında 6 oyunda iştirak edib.