featured-image-70322

İtaliya mətbuatında yayılan xəbərlərə görə, “Milan”ın fransalı qapıçısı Mayk Menyan klubdakı gələcəyini davam etdirmək niyyətində deyil.

Msport.az xəbər verir ki, o, müqaviləsini yeniləməkdən imtina edib və A Seriyasını Avropanın ən nüfuzlu liqalarına aid etmədiyini bildirib.

30 yaşlı qolkiperin ayrılığı hətta qışda da reallaşa bilər. Klub rəhbərliyi oyunçudan gəlir əldə etmək üçün onun satışını nəzərdən keçirir.

Yay transfer pəncərəsində Menyanın “Milan”ı tərk etməsi artıq demək olar ki, qaçılmaz olacaq. O, 2021-ci ildən “Milan”da çıxış edir və ilk mövsümündə komanda ilə birlikdə A Seriyası çempionu olub.

Bənzər xəbərlər