Fransa, yoxsa İngiltərə? - DÇ-2026-da bürünc medal oyunu
Bu gecə DÇ-2026-da bürünc medal uğurunda oyun keçiriləcək.
Msport.az xəbər verir ki, “Mayami stedium”da Fransa və İngiltərə milliləri üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə gecə saat 01:00-da başlayacaq.
Qeyd edək ki, Fransa yarımfinalda İspaniyaya 0:2, İngiltərə isə Argentinaya 1:2 hesabı ilə məğlub olmuşdu.
DÇ-2026-nın final matçında İspaniya və Argentina yığmaları qarşılaşacaq. Bu oyun isə iyulun 19-u Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.







