“Frayburq” – “Bayern Münhen” oyunu lə bağlı qərar verildi
Almaniya Futbol Federasiyası Bundesliqanın 28-ci turunun “Frayburq” – “Bayern Münhen” oyunu (1:4) ilə bağlı qərar qəbul edib.
Msport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, meydan sahiblərinin apellyasiya şikayətinə baxılıb.
Münhen klubu həmin görüşdə 10-15 saniyə 12 futbolçu ilə oynayıb. 84-cü və 85-ci dəqiqələrdə “Bayern Münhen”in baş məşqçisi Yulian Naqelsmann iki dəyişiklik edib. Marsel Sabitzer Kinqsli Komanı, Niklas Zyule Korentin Tolissonu əvəzləyib. Ancaq Koman meydanı tərk etməyib. Buna görə də meydan sahibləri 12 oyunçu ilə qalıblar. Baş hakim Kristian Dinqert bunu dərhal hiss etməyib. Münhen klubu təxminən 15 saniyə say üstünlüyü ilə oynayıb, bundan sonra matç dayandırılıb. Hakimlər vəziyyəti uzun müddət müzakirə etdikdən sonra oyunu davam etdirmək qərarına gəliblər. Bu qarışıqlığa səbəb ehtiyat hakimin elektron tabloda Komanın 11 nömrəsini yox, 29 nömrəni göstərməsi səbəb olub.
Federasiya “Frayburq”un matçın təkrar keçirilməsi və ya “Bayern Münhen”ə texniki məğlubiyyət verilməsi ilə bağlı istəyini müsbət cavablandırılmayıb. Sözügedən səhvə Münhen təmsilçisinin yox, hakimlərin yol verdiyi vurğulanıb.