featured-image-1705

Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Msport.az xəbər verir ki, bu gün sonuncu yarımfinal görüşü baş tutub.

“Leypsiq” doğma meydanda “Union Berlin”lə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbəyə seviniblər.

Ötən gün “Frayburq” da “Hamburq”u səfərdə yenməklə ilk finalçıya çevrilmişdi. Beləliklə, mayın 21-də baş tutacaq final görüşündə “Frayburq”la “Leypsiq” komandaları qarşılaşacaq.

Almaniya kuboku
Yarımfinal
19 aprel

Hamburq – Frayburq 1:3
Qol: Qlatsel, 88 – Petersen, 11. Hofler, 17. Qrifo, 35-pen.

20 aprel

Leypsiq – Union Berlin 2:1
Qol: A.Silva, 61-pen. Forsberq, 90+3 – Bekker, 25.

Bənzər xəbərlər