featured-image-5636

Beynəlxalq Futbol Assosiasiyaları Birliyi (IFAB) futbolda 5 əvəzləmə qaydasının daimi əsasda tətbiqinə qərar verib.

Msport.az xəbər verir ki, koronavirus pandemiyası dövründə komandaların kadr çatışmazlığı üzündən tətbiq olunmuş qayda qüvvədə saxlanılıb.

Bu qayda aparıcı milli və beynəlxalq yarışlarda 5 əvəzetmədən istifadəyə imkan verəcək. IFAB bütün futbol ictimaiyyətinə bu düzəlişin daimi əsasda qaydalarda yer almasını tövsiyə edib.

Habelə, ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb. Bu, yarış təşkilatçılarının istəyindən asılı olacaq.

Bənzər xəbərlər