featured-image-63696

“FourFourTwo” nəşri futbol tarixindəki ən yaxşı cərimə zərbələrini sıralayıb.

Msport.az xəbər verir ki, siyahıya 20 belə qol salınıb.

Zirvədə isə braziliyalı Roberto Karlosun Fransa ilə qarşılaşmada vurduğu qoldu.

Cərimə zərbəsindən vurulan ən yaxşı 10 qol:

  1. Roberto Karlos – Braziliya ilə Fransaya qarşı oyun, 1997-ci il.
  2. Lionel Messi – “Barselona” ilə “Liverpul”a qarşı oyun, 2019-cu il.
  3. Mohd Faiz Subri – “Penanq”la “Pahang”a qarşı oyun, 2016-cı il.
  4. Dimitri Paye – “Vest Hem”lə “Kristal Pelas”a qarşı oyun, 2016-cı il.
  5. Kriştianu Ronaldo – “Mançester Yunayted”lə “Portsmut”a qarşı oyun, 2008-ci il.
  6. Hakan Çalhanoğlu – “Hamburq”la Dortmund “Borussiya”sına qarşı oyun, 2014-cü il.
  7. Devid Bekhem – İngiltərə ilə Yunanıstana qarşı oyun, 2001-ci il.
  8. Ceyms Uord-Prouse – “Sauthempton”la “Vulverhempton”a qarşı oyun, 2022-ci il.
  9. Ronaldinho – Braziliya ilə İngiltərəyə qarşı oyun, 2002-ci il.
  10. Kriştianu Ronaldo – “Mançester Yunayted”lə “Arsenal”a qarşı oyun, 2009-cu il.

Bənzər xəbərlər