featured-image-1976

İngiltərə Premyer Liqasında “Arsenal”a məğlubiyyətdən (1:3) sonra “Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik komandadaxili vəziyyətdən danışıb.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, almaniyalı futbolçuların bir-biri ilə heç də yaxşı yola getmədiklərini deyib:

“Əlbəttə ki, belə oyunlardan sonra eləcə də “Liverpul”, “Everton”la matçlardan sonra paltardəyişmə otağında böyük məyusluq yaşanır. Bu, normaldır. Hər şey fərqli olsaydı, onda problem yaranardı. Mən klubdaxilində xüsusi gərgin atmosferin olduğunu hiss etmirəm. Amma eyni zamanda futbolçuların bir-biri ilə əla dil tapdığını da deyə bilmərəm”.

Bənzər xəbərlər